XƏBƏR

Yaşlanmadan qoruyan, xərçəng hüceyrələrini zərərsizləşdirən meyvəni yeməkdən dərhal sonra...

date 24 Dekabr 2019

Yaşlanmadan qoruyan, xərçəng hüceyrələrini zərərsizləşdirən meyvəni yeməkdən dərhal sonra...

Ən faydalı meyvələrdən biri ilə bağlı yeni məlumatlar açıqlanıb. 

Mütəxəssislər hesab edir ki, alma nə qədər faydalı meyvə olsa da, yeməkdən dərhal sonra alma yemək sağlamlığa ziyan vura bilər. e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yeməkdən dərhal sonra alma yeməyi tövsiyə etmirlər.

Yeməkdən sonra yeyilən almanın yağları parçaladığı, həzmi yaxşılaşdırdığı bildirilsə də, stomatoloqlar meyvəni yeməkdən dərhal sonra yeməməyi tövsiyə edir. Çünki almada olan turşuluq dişlərin qoruyucu qatına zərər verə bilər. Bunun qarşısını almaq üçün almanı yeməkdən ən azı 30 dəqiqə sonra yemək tövsiyə olunur.

Bundan başqa, ABŞ tədqiqatçıları almanın yüksək tərkibli antioksidant mənbəyi olduğunu müəyyən ediblər. Bu meyvənin tərkibində olan antioksidantlar ürək, qan damar xəstəliklərindən, ümumiyyətlə, yaşlanmadan qorumağa qadirdir. Bu meyvənin ekstraktı hətta xərçəng hüceyrələrinə təsir edir, onları zərərsizləşdirir.

Almadan başqa yalnız zoğal ekstraktı belə güclü təsir göstərə bilir.

Almanın hətta qabığı da müalicəvi xüsusiyyətə malikdir. Ona görə də almanı təmiz yuyaraq qabıqlı yemək məsləhət görülür.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR