XƏBƏR

Dəridə ala-ağ ləkələr varsa… - Dermatoloq RƏYİ

date 25 Dekabr 2019

Dəridə ala-ağ ləkələr varsa… - Dermatoloq RƏYİ

Əksəriyyətin “ala” adlandırdığı ağ ləkələr son zamanlar dərdiə daha çox rast gəlinən problemlərdən sayılır. Yəqin ki, son illərdə daha çox rastlaşdığımız bu dəri probleminin nədən yaranması barədə çoxları məlumatlı deyil. Amma çoxları hesab edir ki, ala sağalmaz dəri problemidir. Yəni ağ ləkə yaranıbsa, bu, bütün ömür boyu belə də qalacaq.

Doğrudan da belədirmi?

e-tibb.az dermatoveneroloq, uzman həkim Mehdi İskəndərlinin ağ ləkələr barədə paylaşdığı məqaləni təqdim edir:  

Ağ ləkələr dəridə müxtəlif xəstəliklərin ucbatından yarana bilər. Bütün ağ ləkələr hipopiqmentasiya və ya depiqmentasiya səbəbiylə yaranır. Lakin ağ ləkə verən müxtəlif dəri xəstəlikləri fərqli mexanizmlərlə dəridə hipopiqmentasiya və ya depiqmentasiya verir.

Əsasən uşaqlarda ağ sahələr anadangəlmə meydana gələ bilər. İki yaşına qədər yaranan ləkələr əksərən anadangəlmə olur və genetik pozuntu ilə əlaqəli sayılır. Məktəbə qədər dövrdə, məktəb dövründə, yeniyetməlikdə və böyüklərdə yaranan ağ ləkələr qazanılmış hesab olunur. Qazanılmış ağ ləkələr arasında ən ciddi olan xəstəlik xalq arasında ala xəstəliyi olaraq bilinən vitiliqo problemidir. Vitiliqo xəstəliyi dərinin autoimmun xəstəliyidir və proqnozu pisdir.

Vitiliqo xəstələrində dərinin istənilən yerində depiqmentasiya ilə özünü biruzə verən ağ ləkələr yaranır. Bu ləkələr əsasən göz, dodaq ətraflarında, dizlərdə, dirsəklərdə baldırların ön tərəfində, əllərdə meydana gəlir.

Depiqmentasiya sahələri xəstəliyin ən ağır formalarında bütün bədəni əhatə edə bilər. Buna yayğın generalizə və ya total vitiliqo deyilir. Vitiliqo xəstələrində saçlarda, qaşlarda və kipriklərdə tük ağarması da görülə bilər. Ağ ləkələr şəklində özünü götərən vitiliqo xəstəliyi sadəcə, dərinin problemi deyil. Bu xəstələrdə paralel şəkildə daxili orqanların autoimmun mənşəli problemləri də yarana bilər. Dermatoloq ehtiyac bidliyi təqdirdə vitiliqo xəstələrində sistem problemlərini araşdırmaq üçün əlavə laborator analizlər istəyə bilər.

Vitiliqo xəstələrinin müalicəsi çətin olsa da, mümkünsüz deyildir. Müasir təbabət bu xəstəliyin müalicəsində müxtəlif preparatlar təklif edir. Onları hər bir xəstə qəbul etməlidir. Ən azı xəstəliyin yayılmaması üçün çalışılmalıdır. Dermatolq həkimin təyin etdiyi yerli müalicələr həkim nəzarətində tətbiq edilməlidir. Günəşdən həm fiziki, həm də SPF kremləri hesabına qorunmaq lazımdır. Stres faktorları və dəriyə tətbiq edilən travmalardan uzaq durulmalıdır. Depiqmentasiya sahələri Günəş şüalarının mənfi təsirinə qorunmasız olduğu üçün o sahələrdə dəri xərçəngi yaranma riski yüksəkdir. Ona görə ağ ləkələr Günəşdən xüsusən qorunmalıdır.

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR