XƏBƏR

Xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək üçün bu gün qeyd olunur

date 11 Fevral 2020

Xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək üçün bu gün qeyd olunur

1992-ci il mayın 13-də Roma Papası II İohann Pavelin təşəbbüsü ilə 11 fevral tarixi Ümumdünya Xəstələr Günü kimi təsis edilib.

Səhiyyə Nazirliyinin İctimai İslahatlar Mərkəzinin bununla bağlı açıqladığı məlumatda bildirilir ki, 1991-ci ildə II İohann Pavelə Parkinson xəstəliyi diaqnozu qoyulub.

Katoliklərin dini rəhbəri həmin diaqnoz qoyulandan sonra Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb. O, özünün bu barədəki xüsusi müraciətində bildirib ki, Ümumdünya Xəstələr Gününün hər il qeyd edilməsinin başlıca məqsədi xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yüksəltməyə yönəltməkdir.

Həmin gün çərçivəsində bir sıra xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədilə müxtəlif tədbirlər keçirilir, xəstəxanalar ziyarət olunur, sağlamlıq və sağlam həyat tərzi istiqamətində profilaktik addımlar atılır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR