XƏBƏR

Azərbaycanda ilk: 1 yaşlı uşağa göbəkdən böyrək əməliyyatı icra olunub -VİDEO

date 11 Fevral 2020

Azərbaycanda ilk: 1 yaşlı uşağa göbəkdən böyrək əməliyyatı icra olunub -VİDEO

Azərbaycanda ilk dəfə 1 yaşlı uşağa göbəkdən böyrək əməliyyatı icra edilib.

e-tibb.az xəbər verir ki, bu əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) gerçəkləşib.

RMDM-in cərrah-uroloq, transplantoloqu, Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi altında bir yaşlı uşaq üzərində göbəkdən daxil olmaqla böyrək əməliyyatı aparılıb.

Rəşad Şolan bildirib ki, bir yaşlı uşağın müayinəsi zamanı sağ böyrəkdə böyük törəmə aşkarlayıblar. Müalicə planının müzakirəsindən sonra göbəkdən əməliyyatın icra edilməsinə qərar verilib: “Dünya təcrübəsində bu, minimal-invaziv cərrahiyyənin ən son nailiyyətlərindən biri hesab edilir. Üsul “Single Port Surgery”, yəni tək port cərrahiyyə adlanır. Bütün səmimiyyətimlə deyə bilərəm ki, məhz bizim cərrahiyyə komandamız ölkəmizdə “Single Port Urologic Surgery”-nin qurucusudur. Təsadüfi deyil ki, xəstəxanamız və şöbəmiz ABŞ-ın JCI (Joint Commission International) akkreditasiyasından keçib. Bu, bizim tibb ictimaiyyətimiz üçün əlamətdar hadisə sayılır”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR