XƏBƏR

Xərçəngə qarşı yan təsirləri  olmayan dərman hazırlanıb

date 22 Sentyabr 2020

Xərçəngə qarşı yan təsirləri olmayan dərman hazırlanıb

Bir qrup alim xərçəngə qarşı  yan təsirləri  olmayan dərman hazırlayıb.

e-tibb.az xəbər verir ki, Sinqapur Milli Universiteti və Honkonq Universitetinin alimləri ənənəvi kimyəvi terapiyada olduğu kimi  yan təsirlərə səbəb olmayan xərçəng əleyhinə dərman yaradıblar. Platin əsaslı yeni  dərman yalnız xərçəng hüceyrələrini məhv etməklə deyil, həm də onlarla mübarizə aparmağa kömək edən immun  sistemini aktivləşdirir.
Bu, digər oxşar dərmanlardakı kimi  yan təsirləri mürəkkəbləşdirmir və onların  olmaması ilə fərqlənir: saçları tökmür, ürək bulanması yaratmır və immuniteti zəiflətmir.
Alimlər, yeni dərmanın bədənin sağlam hüceyrələrinə təsir etmədiyini, zülalların düzgün işləməsində məsul olan xərçəng hüceyrələrinin endoplazmik retikulumuna təsir etdiyini iddia ediblər. Alimlər bildirirlər ki, onların hazırladıqları yeni vasitə orqanizmin sağlam hüceyrələrinə təsir etmir və zülalların düzgün işləməsi üçün məsuliyyət daşıyan xərçəng hüceyrələrinin endoplazmatik retikulumuna təsir edir. Bu zaman o düzgün işləməməyə başlayır və onları tanıyan və insanın təbii immun sistemini məhv edən hüceyrələrə xüsusi siqnallar verir. 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR