XƏBƏR

Virusla ən yaxşı və ilkin mübarizə: Vacib işimiz olmadığı halda evdə qalaq-ÇAĞIRIŞ

date 9 Dekabr 2020

Virusla ən yaxşı və ilkin mübarizə: Vacib işimiz olmadığı halda evdə qalaq-ÇAĞIRIŞ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vətəndaşlara müraciət edib. 
e-tibb.az xəbər verir ki, sosial şəbəkədə yayılan müraciətdə deyilir:
 
Əziz vətəndaşlar, dəyərli səhifə izləyiciləri!
Bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq. Hər gün doğmalarımızın, əzizlərimizin də içində olduğu minlərlə insanın virusa yoluxması bu bəlanın nəfəs qədər yaxınımızda hiss etməyimizə səbəb olur.
Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin “qoruyucu qəhrəmanı” olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər.
Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVİD-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir.
Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir meneə yoxdur.
 
 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR