XƏBƏR

Virusdan qorunmaq üçün evdə bunları edin-Epidemioloqdan ÇAĞIRIŞ

date 3 Aprel 2020

Virusdan qorunmaq üçün evdə bunları edin-Epidemioloqdan ÇAĞIRIŞ

“İnsanlar infeksiyanın yayılma mexanizmini o qədər dərindən bilmədikləri üçün tətbiq olunan qaydalara etinasiz münasibət göstərirlər. Xəstəliyə yoluxma orqanizmin müdafiə qüvvəsindən asılıdır. Epidemiyadan fərqli olaraq pandemiya zamanı böyüklü-kiçikli hamı yoluxur. Bu o deməkdir ki, yaşından asılı olmayaraq sağlamlığına biganə yanaşanların, qaydalara etinasız münasibət göstərənlərin hamısının yoluxma riski yüksəkdir”.

e-tibb.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev deyib.

Mütəxəssis vurğulayıb ki, belə bir halda məsuliyyətli davranmaq lazımdır. İnsanlar laqeyd davranaraq özlərinin, yaxınlarının, ətrafdakıların həyatını riskə atmamalıdırlar: “Ona görə də evlərinizi, mənzillərinizi boş-boşuna, səbəbsiz tərk etməyin, bütün gigiyenik normativlərə riayət edin, tez-tez otağınızın havasını dəyişin. Eyvanınız varsa, çıxıb hava ala bilərsiniz. İstifadə etdiyiniz əşyaları, mətbəxdəki qab-qacağı dezinfeksiya edin. Evə daxil olan kimi mütləq əllərinizi yuyun. Yaxşı olardı ki, küçəyə çıxanda maska və əlcəklərdən istifadə edilsin. Evə gəldikdə isə onları mütləq dəyişmək lazımdır.

Əgər sizin hərarətiniz varsa, təcili tibbi yardıma, sahə həkimlərinə müraciət edin. Bu təkcə koronavirus infeksiyasına deyil, adi qripə, kəskin respirator xəstəliklərə də aiddir. Yalnız həkim təyinatından sonra müalicəyə başlamaq lazımdır. Özbaşına, tanışların məsləhəti ilə dərman qəbulu yolverilməzdir”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR