XƏBƏR

Hamı koronavirus testindən keçməlidirmi?

date 3 Aprel 2020

Hamı koronavirus testindən keçməlidirmi?

“Hamının koronavirusun yoxlanması üçün testdən keçməsinə ehtiyac yoxdur”.

e-tibb.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı APA TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, belə olduğu halda test çatmaz: “Ancaq lazım olduqda test edilir. Bunlar koronavirus simptomları daha çox olan, koronavirusa yoluxan insanlarla işləyən həkimlər, müəyyən etdiyimiz bəzi kateqoriya insanlardır. Hamının testdən keçməsi lazımsızdır, həm də test itkisinə səbəb olur”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR