XƏBƏR

Virusa qarşı plazma müalicəsi tətbiq edərkən ehtiyatlı olmaq lazımdır-ÜST-dən AÇIQLAMA

date 31 Avqust 2020

Virusa qarşı plazma müalicəsi tətbiq edərkən ehtiyatlı olmaq lazımdır-ÜST-dən AÇIQLAMA

Plazmadan istifadə kifayət qədər köhnə konsepsiyadır. İndiyədək bir çox infeksion xəstəliklərin müalicəsində istifadə olunub. Burada əsas fikir odur ki, əgər kimsə virusa yoluxub və sağalıbsa, bu zaman onun orqanizmində müəyyən antitellər formalaşıbsa, həmin antitellər digər şəxslərin də səhhətini qorumağa kömək edə bilər. Müxtəlif viruslara qarşı təcrübədən keçirilən həmin üsul heç də həmişə işə yaramır.

e-tibb.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu koronavirus-COVID-19-un plazma müalicəsi barədə danışan Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Marqaret Harris açıqlayıb.

Onun sözlərinə görə, plazma müalicəsini tətbiq edərkən ehtiyatlı olmaq lazımdır: “Bəzi insanların plazmasında digərlərinin orqanizminə mənfi təsir edə biləcək maddələr ola bilər. Ona görə bu müalicə üsulu yüksək keyfiyyətli şəraitdə icra olunmalıdır. Elmi baxımından bu cür hallar araşdırılmalıdır. Plazma terapiyasının işə yarayıb-yaramadığını öyrənmək üçün onu təcrübədən keçirmək lazımdır. Keçmişdə bu üsuldan istifadə olunub, indi də tətbiq oluna bilər”.

Pandemiyanın nə vaxt bitəcəyi barədə suallara münasibət bildirən ÜST təmsilçisi “Bir tərəfdə növbəti elmi nailiyyətləri, məsələn peyvəndin tapılmasını gözləməkdə ikən, digər tərəfdə əllərimizi yusaq, sosial məsafəni qorusaq, lazım olan yerlərdə maska taxsaq, otağımızın havasını dəyişsək, bütün bu lazımi tədbirləri görsək, yoluxmanı azaldarıq. Onun sözlərinə görə, müasir şərtlər bizə pandemiyanın öhdəsindən daha tez gəlməyə imkan verəcək. Ümumiyyətlə isə, heç kim bu pandemiyaya konkret vaxt qoya bilməz”, - deyə bildirib.

O, insanların birlikdə çox vaxt keçirdiklərini qeyd edərək belə hallara yol verilməməli olduğunu vurğulayıb: “Xüsusilə qapalı məkanlarda insanların bir yerdə toplaşması doğru deyil. Çünki belə olan halda virus asanlıqla insandan-insana yoluxur. Əgər cəmiyyət arasında yoluxma artırsa, həyəcan təbili çalmaq, əhalini lazımi tədbirlər görməyə, ayıq-sayıq olmağa, tövsiyə olunan əməlləri yerinə yetirməyə çağırmaq lazımdır: əllərimizi yuyaq, sosial məsafəni saxlayaq, maska taxaq, otağımızın havasını dəyişək, pəncərələri açıq saxlayaq, bir yerə yığışmamaq şərtilə mümkün qədər çöldə vaxt keçirək. İnsanların bir yerə toplaşması virus üçün ən yaxşı yoluxma şəraiti deməkdir”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR