XƏBƏR

Kardioloqdan: Bu içki insult və infarktın qarşısını alır, arıqlamağa kömək edir...

date 31 Avqust 2020

Kardioloqdan: Bu içki insult və infarktın qarşısını alır, arıqlamağa kömək edir...

Kofenin orqanlara, eləcə də ürəyə, beyinə təsiri barədə son illərdə bir çox araşdırmalar aparılıb.

e-tibb.az xəbər verir ki, araşdırmaların əksəri qədərində qəbul edildiyi halda qəhvənin ürəyin, beyinin fəaliyyətinə müsbət təsir etdiyini sübut edib.

Kardiloq, tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmova da qəhvənin ürəyə çox xeyirli olduğunu bildirib. Burada keyfiyyət və kəmiyyətin əsas götürüldüyünü deyən həkimin sözlərinə görə, dəmləmə şəklində, gündə 1-2 fincan içilən qəhvədən fayda əldə etmək olar.

Bəs qəhvənin hansı faydaları var?

Həkim qəhvənin faydaları barədə bunları açıqlayıb:

Qəhvə dənələri təbii antioksidantlarla zəngin olduğu üçün çox faydalıdır.

Bu içki damarların divarlarından tonusu götürür. Damarları möhkəmlədir və tromboz riskini azaldır.

Hətta ürək qulaqcıqlarındakı artıq vibrasiyanı aradan götürür, aritmiyanın qarşısını alır. Nəticədə, bu gözəl qoxulu içki insult və infarktın qarşısını alır.

Qəhvə arıqlamağa kömək edir ki, bu, ürəyə düşən yükün azalması, damarlarda piy toplantılarının yaranmasının profilaktikası və əhval-ruhiyyə üçün vacibdir.

Nəhayət, qəhvə yuxudan ayılmağa kömək edir. Hamıya bəlli faktdır ki, səhər tam oyanmamış insanlar cəmiyyət üçün təhlükəlidirlər…

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR