XƏBƏR

Virus pulda 1 aya qədər yaşayır

date 12 Oktyabr 2020

Virus pulda 1 aya qədər yaşayır

Alimlər koronavirusun bir ay ərzində əsginaslarda yaşaya bildiyini açıqlayıblar.

E-tibb.az xəbər verir ki, virusun bu xüsusiyyəti Avstraliya alimləri tərəfindən aşkar edilib. Avstraliya alimlərinin apardıqları tədqiqatların nəticələri “Virology Journal”da dərc edilib. Koronavirus-COVID-19, 28 gündən çox müddət ərzində smartfon ekranlarında, metal lövhələrdə və kağız sənədlərdə qala bilir. Tədqiqatçılar 20 dərəcə temperaturun virus üçün əlverişli olduğunu görüblər. Virus bu temperaturda şüşə, vinil, polimer örtüklər, paslanmayan polad və əsginaslar üzərində sabit şəkildə yaşaya bilər. Ancaq belə bir temperaturda məsələn, pambıq parça üzərində COVID-19 uzun ömür sürmür.

Alimlər bildirib ki, istilik dərəcəsi nə qədər yüksək olarsa, virus daha sürətlə məhv olur.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR