XƏBƏR

Virus ən çox qaraciyərə təsir edir? - Sirroz xəstələrinə XƏBƏRDARLIQ!

date 27 Dekabr 2020

Virus ən çox qaraciyərə təsir edir? - Sirroz xəstələrinə XƏBƏRDARLIQ!

Koronavirus daha çox sirroz xəstələrində ölümcül nəticələnir.

e-tibb.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu professor, orqan transplantasiyası üzrə mütəxəssis Onur Yaprak bildirib. O, koronavirusun qaraciyərə çox təsir etdiyini ifadə edərək, sirroz xəstələrinə xəbərdar edib.

Sirroz xəstələrinin yarısından çoxunun qan təzyiqi, şəkərli diabet, artıq çəki kimi immunitet sisteminin düzgün işləmədiyi problemlərin olduğunu ifadə edən həkim bildirib ki, bunlar da xəstələrdə koronavirusla bağlı riskləri artırır.

Onun sözlərinə görə, 29 ölkədən olan məlumatlar inkişaf etmiş sirroz mərhələsində olan koronavirus xəstələrinin 51 faizinin öldüyünü göstərir.  

Professor qeyd edib ki, mart ayında haqqında çox şey bilmədiyimiz və hazırda bütün dünyanı əhatə edən koronavirus xəstəliyinin əslində çox orqana təsir edən bir sistem xəstəliyi olduğu ortaya çıxıb. Bu xəstəlikdə, yalnız virusun insan bədəninə daxil olanda giriş qapısı olaraq istifadə etdiyi ACE reseptorlarının damar endotelində olması səbəbindən tək ağciyər deyil, beyin, ürək, qaraciyər, böyrək kimi bir çox orqan təsirə məruz qalır. Ona görə də koronavirus infeksiyası səbəbiylə ölüm riski baxımından 65 yaşdan yuxarı şəxslər qədər ürək, qaraciyər, böyrək, hipertoniya və diabet kimi xroniki xəstəlikləri olan insanlar da yüksək risk altındadır.

Sirroz xəstələrində koronavirusla bağlı ölümlərə daha çox rast gəlindiyini qeyd edən professor deyib ki, 29 ölkədən toplanan məlumatlara görə, qaraciyər sirozu olan xəstələrin 90 faizi koronavirus infeksiyasına yoluxma halında xəstəxanaya yerləşdirilib. Yüngül sirrozu olanların 19, orta dərəcəli xəstəliyi olanların 35, ağır sirroz xəstələrinin isə 51 faizi vəfat edib. Onun sözlərinə görə, koronavirusa yoluxub qaraciyər komasına düşmə səbəbindən qaraciyər köçürülən xəstələri də olub.

Həkim bildirib ki, koronavirusa yoluxan hər 3 xəstədən birində qaraciyər fermenti artıb. Bir çox orqanda olan ACE reseptorlarının, qaraciyər içi öd kanalına aid hüceyrələrin 60 faizində pozitiv olduğunu qeyd edən mütəxəssis deyib ki, koronavirus xəstələrinin 30 faizinin qan testlərində qaraciyər fermentlərinin də yüksəldiyi təsbit edilib. Bu yüksəlişin səbəbi ilə bağlı bir neçə mümkün mexanizm mövcuddur. Bunlar-infeksiyanın sistemli olaraq qaraciyərə ikincili təsir etməsi, qaraciyər xəstəliyi olanlarda virusla birgə dəyərlərin pozulması, virusun qaraciyərə birbaşa zərər verməsi, yəni hepatitə yol açma ehtimalı, sitokin fırtınasına bağlı olaraq qaraciyərin təsirə məruz qalmasıdır.

Əlavə olaraq qaraciyərdə kiçik damarlarda laxtalanma-tromb yaranması, virusun bağırsaq tamlığını pozması nəticəsində qaraciyərə toksin keçməsi, reanimasiya xəstələrində tənəffüs cihazına qoşulan ağciyərə qayıdan qanda təzyiqin artması, koronavirus müalicəsi üçün verilən dərmanlar, kritik və aşağı təzyiqli şokda olan xəstələrdə qaraciyərin qanla təchizinin pozulması kimi bir çox səbəb qaraciyər testlərində pozulmaya səbəb ola bilər.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR