XƏBƏR

Təbii antibiotik sayılan tut qurusu: Hansı xəstəliklərin dərmanıdır?

date 27 Dekabr 2020

Təbii antibiotik sayılan tut qurusu: Hansı xəstəliklərin dərmanıdır?

Tut ən faydalı meyvələrdən biri hesab olunur. Qədim zamanlardan onu min bir dərdin dərmanı hesab edirlər. Yayda tutdan qısa müddət istifadə edə bilirik. Çünki tut mövsümü çox qısa çəkir. Amma ta qədim zamanlardan bu günə kimi insanların bir çoxu yayda tut tədarükü görürlər. Buraya tut bəhməzinin, tut mürəbbəsinin hazırlanması və tutun qurudulması aiddir. 

Tut qurusu bütün il boyunca saxlanması mümkün olan, yeyilə bilən ən faydalı, sağlam qida sayılır. Mütəxəssislərin sağlam qidalanma ilə bağlı tövsiyələri arasında quru tut da önəmli yer tutur. 

Təbii bir antibiotik kimi xarakterizə olunan qurudulmuş tutun faydaları saysız-hesabsızdır. Qurudulmuş tut mütəxəssislər tərəfindən təbii bir antibiotik kimi xarakterizə olunur.

Tutun tərkibi təxmnən 80 faiz sudan ibarətdir. Bu səbəbdən təxminən 5 kq təzə tut quruduqdan sonra 1 kq olur. Qurutma zamanı məhsuldakı su buxarlanır və məhsul öz mahiyyətini saxlayır. Bu səbəbdən də qurudulmuş tutun tərkibindəki protein, karbohidrat və vitamin nisbətləri, xüsusilə qidalanma dəyərləri əhəmiyyətli dərəcədə artır.

Qurudulmuş tut nə deməkdir? 

Təbii bir antibiotikdir.

C vitamini ilə zəngindir.

Antioksidant mənbəyidir.

Ürək xəstəliklərinin inkişaf riskini azaldır.

Həzm sisteminə faydalıdır.

Bədənin müqavimətini artırır.

Enerji verir, qan dəyərlərinin artmasına imkan verir.

Ağız-diş xəstəliklərinə qarşı istifadə oluna bilər.

Sümüyün inkişafını dəstəkləyir.

Anemiyanın qarşısını alır.

Qanı təmizləyir.

Qanın laxtalanmasının qarşısını alır.

Ekzema müalicəsində istifadə olunur.

Qaraciyər və böyrəklərin sağlamlığı üçün faydalıdır.

Xərçəng əmələ gəlməsinin qarşısını alır.

Soyuqdəymə və qrip kimi xəstəliklərlə mübariz aparır.

Xolesterol səviyyəsini tarazlayır.

Göz sağlamlığı üçün idealdır.

Saç tökülməsinə qarşı istifadə oluna bilər.

Bədənə güc və enerji verir və iştahanı artırır

Qurudulmuş tutun zərərləri nədir?

Qurudulmuş tutun faydaları saymaqla bitməsə də, bəzi xəstəliklərə görə istifadə olunmamsı tövsiyə olunur. Kimyaterapiya keçirən insanlara bu təbii dərman tövsiyə edilmir.

Tut kaliumla zəngin bir qidadır. Buna görə böyrək xəstələri və öd kisəsi problemi olan insanlara məsləhər görülmür.

E-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR