XƏBƏR

Üzdə qızartı nədən yaranır?

date 4 Avqust 2020

Üzdə qızartı nədən yaranır?

Üzdə qızartının yaranması dəri problemlərindən biri sayılır. Həm uşaqlar, həm yetkin insanlar, eləcə də qadınlar və kişilərdə bu problemlə tez-tez rastlaşmaq mümkündür. Bəzən öz-özünə itən qızartılar sonradan yenidən üzə çıxmağa başlayır. Üzdə qızartı hansı hallarda yaranır? Qızartı nədən xəbər verir?

 

e-tibb.az dermatoloq, uzman həkim Mehdi İskəndərlinin bu problem barədə məqaləsini təqdim edir: 

Üzdə qızartılara səbəb olan dəri xəstəlikləri çoxdur. Bu dəri xəstəlikləri hamısı bir-birinə bənzər klinik əlamətlər- üzdə qızartı, qabıqlanma, yanma, batma, qaşıntı, quruluq və s. verə bilərlər.

 

Üzdə qızartı endogen və ekzogen səbəblərdən qaynaqlana bilər. Ekzogen səbəb olaraq adi nəmləndirici və ya kosmetik vasitələrin istfadəsindən sonra da qızartılar yarana bilər. Eyni zamanda daxili sistem xəstəliklərin fonunda da üzdə qızartılar yarana bilər ki, bunlar da endogen səbələr olaraq qəbul edilir. Mikrobial mənşəli qızartılar da tez tez görülən formalardan biridir. Müxtəlif növ bakterial, parazitar, mikobakteriyal, funqal invaziyalar üzdə qızartıların səbəbi ola bilər.

Ona görə üzündə qızartı şikayətləri olan soydaşlarımız özfəaliyyət göstərmədən zamanında dəri həkiminə müraciət etməlidir. Çox təəssüf ki, bəzi hallarda üzdə qızartı yarandığı təqdirdə xəstələr diaqnoz qoyulmadan, dəqiqləşdirilməmiş müalicələrə başlayırlar. Apteklərdən, qonşulardan, tanışlardan, sosial şəbəkələrdən, internetdən öyrəndikləri və tərkibi haqqında heç biri təsəvvürləri olmayan preparatları qəbul edirlər. Bu, şikayətlərin daha artmasına və xəstəliyin tanınmaz hala gəlməsinə səbə olurdermatoloq üçün xəstəliyin diaqnostikasında əlavə çətinliklər törədir. Ümumiyyətlə, üzdəki qızartıları differensasiya etmək dermatoloq üçün olduqca çətin bir prosesdir. Odur ki, üzdə qızartı şikayətləri olan pasientlər zamanında dermatoloqa müraciət etməlidirlər. Üzündə qızartısı olan pasientlər ümidsiz olmamaldırlar. Bu problemləri törədən xəstəliklər əksər hallarda düzəlir və sağalır.

 

Peşəkar dermatoloq tərəfindən qızartılara səbəb olan dəri xəstəlikləri araşdırılır. Bunun üçün dəri həkimi xəstədən əlavə laborator analizlər istəyə bilər. Bəzən dəridən mikrobial testlər üçün sürüntü, yaxma və qazıntı nümunələri də alına bilər. Dəri biopsiyası bəzi dəri xəstəliklərinin diaqnostikasında tək və yeganə metod ola bilər.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR