XƏBƏR

Uşaqlarda böyrək daşının ƏLAMƏTLƏRİ

date 16 Mart 2019

Uşaqlarda böyrək daşının ƏLAMƏTLƏRİ

Bu gün nəinki böyüklərdə, eləcə də uşaqlarda böyrək, sidik kanalı daşlarına geniş rast gəlinir. Uşaqlarda böyrək daşları necə yaranır? Bunu hansı əlamətlərlə bilmək olar?

E-tibb.az bununla bağlı uşaq cərrahi-uroloq, uzman həkim Allahverdi Musayevin fikirlərini təqdim edir.

Həkim bildirir ki, uşaqlarda böyrək və sidik kanalı daşların yaranması genetik və ya anadangəlmə orqan anomaliyasının dərəcəsindən asılıdır. Bəzi hallarda körpə ana bətnində olarkən böyrəkdə və ya sidik kanalında daş yaranır. Böyrək, sidik kanalı və ya sidik kisəsində meydana gələn anomaliyalar böyrək ya da sidik kanalının hər hansı bir hissəsində daşın yaranması ilə nəticələnə bilər. Böyrək çıxışının, sidik kisəsinin giriş və çıxışının darlığı, sidik kisəsindən geriyə böyrəyə sidik qaçma kimi hallarda da böyrək daşı və ya sidik kanalı daşı yarana bilər.

Mütəxəssis hesab edir ki, uşaqlarda yaranan böyrək daşının erkən diaqnozu və müalicəsi olduqca vacibdir. Böyrəyin inkişafının davam etdiyi yetkinlik dövrünün sonuna qədər böyrəklərdə olan daş müalicə edilməsə, bu hal uşağın ömür boyu dializə bağlı şəkildə yaşamanıza səbəb ola bilər.

Bəs hansı əlamətlər uşaqlarda böyrək və ya sidik kanalı daşlarının olduğunu göstərir?

Tez-tez sidik kanalında infeksiya yaranması;

Böyümə və inkişafda ləngimə;

Sidikdə qanın olması;

Qarın və bel ağrıları;

Tez-tez sidiyə getmə, sidik qaçırma

Həkim hesab edir ki, uşaqlarda sidik kanalı daşının müalicə növü daşın yerləşdiyi yerə,  ölçüyə, daşın yerləşdiyi lokalizasiya və yaratdığı problemə görə seçilməlidir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR