XƏBƏR

Bununla 3 ayda 20 kiloqram arıqlayırlar

date 17 Mart 2019

Bununla 3 ayda 20 kiloqram arıqlayırlar

Artıq çəkidən tez bir zamanda qurtulmaq üçün müxtəlif diet proqramları, qarışımlar, içkilər, çaylardan istifadə olunur. Amma onların bir çoxunun orqanizm üçün yan təsirlərinin olduğu bildirilir və tez bir zamanda çox çəki itkisinin əslində tibbi baxımdan doğru olmadığı aşıqlanır.

E-tibb.az tez bir zamanda arıqlatdığı iddia olunan daha bir qarışım reseptini təqdim edir.

Çox asan yolla hazırlanan, möcüzəvi alma sirkəli sarımsaq turşusu:

Evdə hazırlanan 1 litr alma sirkəsi və 250 qram əzilmiş sarımsaq qarışdırılaraq 2 litrlik şüşə bankaya tökülür. Həmin banka bərk bağlanaraq tünd rəngli parça torbaya salınır və 15 gün gözlənilir. Bu zamandan sonra turşudan istifadə oluna bilər.

Hər dəfə yemək yeyəndən yarım saat əvvəl qarışımdan 1 desert qaşığı için.

Bu müddət ərzində qidalanmaya diqqət olunmalıdır. Karbohidrat tərkibli qidaların qəbulunu azaltmaq, gün ərzində ən azı 30 dəqiqə piyada gəzmək lazımdır.

Amma qeyd olunur ki, bundan heç də hamı istifadə edə bilməz. Bundan yararlanmaq üçün sağlamlıqda hər hansı bir problemin olmadığına əmin olmaq lazımdır.

Ək halda isə sarımsaq turşusu fəsadlara yol aşa bilər.

Ana olmağa hazırlaşanlar, süd verən qadınlar, mədəsində problem olanlar, yüksək təzyiqdən əziyyət çəkənlər bundan istifadə etməməlidir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR