BLOQ

Unutqanlığın yaratdığı ailə dramı

date 14 Noyabr 2019

Unutqanlığın yaratdığı ailə dramı

Ana, ata, oğul, gəlin və iki nəvənin olduğu bir ailə... 3 il əvvəl 63 yaşında ana gizlətdiyi pul qabını tapmayınca gəlininin götürdüyünü iddia edir və 6 ildir eyni evdə yaşadıqları gəlin birdən birə “oğru” mövqeyinə düşür... Ata “40 illik yoldaşınamı inanım, yoxsa 6 illik gəlinə” sualı qarşısında yoldaşını seçir... Oğul sevib evləndiyi yoldaşının, uşaqlarının anasından bu hərəkəti gözləmədiyin dilə gətirsə belə, anasına tərəf olur... Gəlin isə... Sevdiyi yoldaşından edilən haqsızlığa baxmayaraq ayrılıb öz atasıgilə qayıtmaq yerinə yoldaşının maddi dəstəyi ilə kirayə ev tutub, uşaqları ilə yaşamağı seçir... Təxminən 3 il sonra ana qrip xəstəliyinə tutulur, xəstəlik ağırlaşır xəstəxanada yatıb müalicə alır. Xəstəxanada ikən axşam vaxtları ortaya çıxan “atamı tanımırdı, məni qardaşlarımla qarışdırırdı...”, deyir oğlu. Ana qripin ağırlaşmasından sağalıb evə qayıdır. Yaxınlarını qarışdırma, tanıya bilməmə kimi hallar çox az-az və yüngül formada olsa da artıq, yeməkləri bişirmədə çətinlik yaranır-duzsuz bişirmə, tez-tez yandırma, eyni sualı unudub təkrar-təkrar soruşma kimi hallar baş verincə kömək lazım olur. Gəlin evinə qayıdır...

Alzheimer xəstəliyi unutqanlıqla başlayır, qoyulan əşyaların yerini unutma, yemək yandırma, eyni sualı təkrar-təkrar soruşma kimi şikayətlərlə başlayır... Xəstənin isə unutqanlığından xəbəri olmur. Müayinəyə ana, oğul və gəlin gəlmişdi...

Nəticə: 1. Qərar verməkdə tələsməmək lazımdır. 2. Birisindən gözləmədiyiniz hərəkətləri görüncə psixiatra müraciət etməyiniz vəziyyəti anlamaqda və mümkün qədər qarşısını almaqda kömək edər.

Fuad Bəşirov – Psixiatr, uzman həkim

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR