XƏBƏR

Bakıda Diabet Günü ilə bağlı aksiya: qanda şəkərin miqdarı yoxlanacaq, tövsiyələr veriləcək

date 13 Noyabr 2019

Bakıda Diabet Günü ilə bağlı aksiya: qanda şəkərin miqdarı yoxlanacaq, tövsiyələr veriləcək

Səhiyyə Nazirliyi 14 noyabr-Ümumdünya Diabet Günü ilə bağlı maarifləndirici aksiya keçirəcək.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, sabah saat 11.00-da Park Bulvarda başlayacaq “Diabet: Ailənizi qoruyun!” adlı aksiya zamanı maarifləndirici çap materialları paylanılacaq. Arzu edən şəxslərdə qanda şəkərin miqdarı yoxlanılacaq və nəticələr əsasında ona lazımi tövsiyələr veriləcək. Sağlam qidalanma guşəsində gündəlik istifadə olunan məhsulların tərkibindəki karbohidratın və qlükozanın miqdarı əhalinin diqqətinə çatdırılacaq. Eyni zamanda, aksiya zamanı maarifləndirici viktorina keçiriləcək və qaliblər mükafatlandırılacaq.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR