XƏBƏR

Tənəffüs sistemini qorumaq, immuniteti gücləndirmək üçün Ayurveda TƏDBİRLƏRi

date 5 Aprel 2020

Tənəffüs sistemini qorumaq, immuniteti gücləndirmək üçün Ayurveda TƏDBİRLƏRi

COVID-19 pandemiyasından bütün bəşəriyyət əziyyət çəkir. Bütün ölkələrin səhiyyə sistemləri bu bəla ilə mübarizəyə səfərbər olublar. Bədənin təbii müdafiə sisteminin (immunitetin) gücləndirilməsi optimal sağlamlığın qorunmasında mühüm rol oynayır. Virusun yayılmasının qarşısını almaq infeksiyaya yoluxan insanları müalicə etməkdən daha asandır. Hazırda COVID-19 infeksiyasının müalicəsi olmasa belə, ona yoluxmamaq üçün immuniteti artıran profilaktik tədbirlərin görülməsi məqsədəuyğundur.

e-tibb.az AZƏRTC-a istinadən bununla bağlı Hindistanın Azərbaycandakı səfirliyinin qədim hind xalq təbabətinə aid məlumatını təqdim edir: 

Ənənəvi hind xalq təbabəti sistemi olan və həyat haqqında elm hesab olunan Ayurveda təbiətin bizə bəxş etdiyi nemətləri sağlam və xoşbəxt həyatı qoruyub saxlamaq məqsədilə təbliğ edir. Ayurvedanın tənəffüs sisteminin sağlamlığının qorunması və immun sisteminin gücləndirilməsinə dair də profilaktik tədbirlər haqqında tövsiyələri var.

Ümumi tədbirlər: gün ərzində isti su için, gündə ən azı 30 dəqiqə Yogasna, Pranayama və meditasiya ilə məşğul olun. Yeməklərdə sarıkök, zirə, keşniş və sarımsaq kimi ədviyyatlardan geniş istifadə edin.

İmmuniteti gücləndirən tədbirlər: Gün ərzində bir və ya iki dəfə reyhan, darçın, qara istiot, quru zəncəfil və kişmişdən hazırlanmış bitki mənşəli çay/dəmləmə için. Ehtiyac olarsa, zövqünüzə uyğun təbii şəkər və ya limon suyu əlavə edin. Gündə bir və ya iki dəfə qızıl süd qəbul edin – 150 ml isti südə yarım çay qaşığı sarıkök tozu əlavə edin.

Hind xalq təbabətinə görə, infeksiyadan qorunmaq üçün səhər və axşam burunun hər iki dəliyini küncüt yağı və ya Hindistan qozunun yağı ilə yağlayın. Yağla qarqara terapiyası da tövsiyə olunur. Bunun üçün bir qaşıq küncüt yağı və ya Hindistan qozu yağını ağzınıza alın, içməyin, 2-3 dəqiqə ağzınızda qarqara edin. ilıq su ilə yuyun və tüpürün. Bu prosedur gündə bir və ya iki dəfə edilə bilər.

Quru öskürək və boğaz ağrısı zamanı hind xalq təbabəti gündə bir dəfə təzə nanə yarpaqları və cirə toxumu ilə buxar inhalyasiya etməyi tövsiyə edir. Öskürək və ya boğaz qıcıqlandığı halda gündə 2-3 dəfə təbii şəkər / bal ilə mixək tozunun qarışığı qəbul edilə bilər.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR