XƏBƏR

Virus maskanın məsamələrindən də keçə bilir?

date 5 Aprel 2020

Virus maskanın məsamələrindən də keçə bilir?

Tibbi maska virusa yoluxma ehtimalı olan yerlərdə, xəstə insanlarla təmasda taxılmalıdır.

e-tibb.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Terapiya kafedrasının professoru, tibb elmləri doktoru Sergey Yakovlev açıqlayıb. Alim deyib ki, mağazalarda, metrolarda və tibb müəssisələrində yoluxma ehtimalı daha çox olduğuna görə, belə yerlərdə tibbi maskadan istifadə olunmalıdır. Amma buna baxmayaraq həkim qeyd edib ki, maska ​​virusdan yüz faiz qorumur, çünki virus maskadakı məsamələrdən daha kiçikdir.

Onun sözlərinə görə, küçədə maska ​​taxmağın mənası yoxdur. Ən azı ona toz çökəcək və ən əsası viruslar havada uçmur.

O, həmçinin maskanın ​​iki-üç saata qədər qoruyucu olduğunu, bu müddətdən sonra dəyişməyin vacibliyini vurğulayıb. Mütəxəssis, maskanı düzgün şəkildə çıxarmaq lazım olduğunu xatırladaraq onu torbaya qoyub bağalamağı, sonra zibil qutusuna atmağı tövsiyə edib.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR