XƏBƏR

Soyuqdəyməni müalicə etməyin ən asan yolu

date 4 Fevral 2019

Soyuqdəyməni müalicə etməyin ən asan yolu

Alimlər soyuqdəymədən tez və asan yaxa qurtarmağın çarəsini tapıblar.

Şotlandiyanın Edinburq Universiteti alimlərinin könüllülər üzərində apardığı təhqiqat nəticəsində məlum olub ki, bu müalicə metodundan istifadə edənlər digərləri ilə müqayisədə iki gün tez sağalırlar. Digər sevindirici fakt isə o olub ki, bu metodla müalicə olunan soyuqdəyməli xəstələr ətrafdakıları daha az yoluxdururlar.

Alimlər qeyd ediblər ki, adi dəniz duzu sağalmanı sürətləndirmək, bədəni möhkəmləndirmək və virusdan qorunmaq üçün əla vasitədir. Soyuqdəymə ilə mübarizə üçün ağızı duzlu su ilə yaxalamaq, yaxud duzlu suyu buruna damcılatmaq lazımdır. 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR