XƏBƏR

Bu gün Ümumdünya Xərçənglə Mübarizə günü qeyd olunur

date 4 Fevral 2019

Bu gün Ümumdünya Xərçənglə Mübarizə günü qeyd olunur

4 fevral hər il Dünya Xərçəng Günü kimi qeyd edilir. Dünya Xərçəng Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq tərəfindən təsis olunub. Burada əsas məqsəd dünyanın diqqətini aktuallığını hər il artıran bu problemə cəlb etməkdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, qeyri-infeksion xəstəliklər, ürək-damar xəstəlikləri və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının artması gözlənilir. Məlumata əsasən, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcək.

Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq.

Nizamlı şəkildə idman etmək xərçəng riskini azalda bilən ən sadə yoldur. Fiziki aktivlik xərçəng xəstələrinə yorğunluq, depressiya, ürək problemlərinin müalicəsində, xəstəliyin ağırlaşmasına səbəb olan riski azaltmaqda və ya xəstəliyin təkrarlanmamağında əhəmiyyətli yardım göstərir. Araşdırmalar göstərir ki, sinə xərçəngi xəstəliyinə tutulma riski fiziki aktivlik sayəsində azala bilir.

Eyni zamanda, xərçənglə mübarizədə sağlam qidalanmanın əhəmiyyəti unudulmamalıdır.

Xərçəng insanlara fərqli şəkildə təsir edir və hər bir kəs xərçəngin təsirini azaltmaq gücünə sahibdir.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR