XƏBƏR

Sızanaqlar xəstəliklərin əlamətidir? - Dermatoloq RƏYİ

date 27 İyul 2019

Sızanaqlar xəstəliklərin əlamətidir? - Dermatoloq RƏYİ

Dəridə yaranan sızanaqların xəstəliyin, daxili orqanlarda yaranan xəstəliklərin göstəricisi. əlaməti olduğunu düşünənlər çoxdur.   

Hesab olunur ki, üzdə çıxan sızanaqlar bir çox xəstəliklərin nəticəsində meydana gəlir.

Məsələn, burunda və burun ətrafında çıxan sızanaqlar ürək, yüksək təzyiq problemləri, çənədə çıxanlar bağırsaq, yanağın alt hissəsində olanlar ağız və dişlər, yanaqdakı sızanaqlar qaraciyər, gözün ətrafındakılar böyrək xəstəlikləri ilə bağlıdır. Əslində belədirmi?

e-tibb.az bununla bağlı dermatoloq, uzman həkim Lalə Cahangirovanın fikirlərini təqdim edir.

Onun sözlərinə görə, sızanaqların daxili orqanlarda olan xəstəliklər, mədə-bağırsaq sistemi ilə hər hansı əlaqəsi yoxdur: “Buna görə, mədə həkiminə gedib mədənizi yoxlatdırmaq, bağırsaqda qurd axtarmaq, analiz verməyə ehtiyac yoxdur. Bunlar bildiyimiz yanlışlardır. Sızanaqların yaranmasının başqa səbəbləri var. Bunlar sırf hormonal dəyişikliklərlə, dərinin yağlanması, məsamələrinin tutulması ilə bağlı ortaya çıxır”.

Mütəxəssis deyib ki, sızanaqların qidalarımızla heç bir əlaqəsi yoxdur. Onların şirin qidalar, şirniyyatlar yeyilməsi nəticəsində yaranması haqda deyilənlər də düzgün deyil.

Sızanaqların bir neçə mərhələdə inkişaf etdiyini açıqlayan həkim deyib ki, birinci mərhələdə məsamələr tutulur, açıq və bağlı komedonlar yaranır. İkinci mərhələdə ucu ağ irinli səpgilər yaranır, üçüncü mərhələdə bir neçə iltihablı səpgi birləşərək daha şiddətli formaya keçir: “Sızanaqların mərhələsindən asılı olaraq müalicə metodu seçilir.

Sızanaqları özbaşına müalicə etməyə çalışmayın”.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR