XƏBƏR

Damarların sağlamlığını nələr pozur?  

date 26 İyul 2019

Damarların sağlamlığını nələr pozur?  

İnsan yaşlaşdıqca damarların sağlamlığı pozulur. Damarlar elastikliyini itirir, daha kövrək olur, partlamaya meylli olur, damarların daxilində xolesterin yığılır ki, nəticədə damarlar daralır və bəzən hətta tam qapanır.

Bunu uşaq kardioloqu Elnur İmanov açıqlayıb.

Mütəxəssis deyib ki, bu dəyişiklikləri mümkün qədər ləngitmək üçün damarların sağlamlığına zərbə vuran amilləri bilmək və onları həyatından mümkün qədər kənarlaşdırmaq lazımdır.

Bu amillər hansılardır?

1. Trans yağlar (marqarin və s.) Yağlar damarların əsas düşmənlərindəndir. Təbii kərə və bitki yağları əksinə damarların sağlamlığını qoruyur, xüsusilə bu zeytun yağına aiddir.

2. Şirniyyatlar, şəkər, şirin içkilər. Şəkər damarların daxili divarını iltihablaşdırır ki, belə iltihablaşmış damarda xolesterin daha sürətlə yığılır.

3. Tərkibində fosfatlar olan məhsullar - kolbasa, sosis və s.

4. Siqaret çəkmək. Bu damarların sıxılmasına, qan dövranının pozulmasına, damarlarda trombların əmələ gəlməsinə səbəb olur.

5. Yüksək təzyiq. Yüksək və nəzarət olunmayan təzyiq damarları zədələyin, onların partlaması riskini artırır.

6. Şəkərli diabet. Yuxarıda dediyimiz kimi, şəkər damarları iltihablaşdırır. Diabet zamanı qanda şəkərin səviyyəsi yüksək olduqdan damarlar tez qocalır.

7. Aşağı fiziki aktivlik. Fiziki aktivlik zamanı qan dövranı yaxşılaşır, damarlar genişlənir, damarlarda trombların əmələ gəlməsi riski azalır. Passiv insanın bədənində isə əksinə troblaşma riski yüksək olur.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR