XƏBƏR

Siqaret çəkənlərin virusla bağlı riskləri 3 dəfə artıqdır - Alimlərdən XƏBƏRDARLIQ!

date 19 Noyabr 2020

Siqaret çəkənlərin virusla bağlı riskləri 3 dəfə artıqdır - Alimlərdən XƏBƏRDARLIQ!

Siqaretin ziyanları, koronavirusa yoluxma riskini artırmasına dair daha bir tədqiqat aparılıb.

e-tibb.az xəbər verir ki, yeni aparılan araşdırmaya görə, siqaret çəkmək Covid-19-a yoluxmuş hüceyrələrin sayının üç dəfə artmasına səbəb olur. Siqaret immun sisteminin reaksiyasını azaldaraq koronavirus (Covid-19) infeksiyasına yoluxma riskini artırır.

“Daily Mail” verdiyi məlumata görə, Kaliforniya Universitetinin (UCLA) alimləri laboratoriya mühitində insan kök hüceyrələrindən hazırlanmış tənəffüs modelləri üzərində araşdırma aparıblar. Araşdırma zamanı siqaretin interferon adlanan əsas immunitet molekullarının düzgün işləməsinin qarşısını aldığı ortaya çıxıb.

Araşdırma aparan alimlər bildirib ki, tənəffüs yollarını orqanizmi qoruyan hündür divarlar kimi təsəvvür etsək, siqaret çəkmək bu divarlarda sanki dəliklər açır. Siqaret orqanizmin təbii müdafiəsini azaldır və virusun orqanizmə daxil olmasına imkan verir.

O da qeyd olunub ki, siqaretin Covid-19-a təsiri ilə bağlı ziddiyyətli məlumatlar var və bəzi tədqiqatçılar siqaret çəkməyin riskləri azaltdığı barədə iddialar irəli sürüb.

Məlumatlara görə, pandemiya dövründə siqareti tərgidənlər çoxalıb, hər 10 nəfərdən 1-i siqaret çıkməyi tərgidib.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR