XƏBƏR

Sidikdə qan, qusma, ishal varsa – Körpələrdə bu əlamətlərə DİQQƏT edin

date 11 Aprel 2019

Sidikdə qan, qusma, ishal varsa – Körpələrdə bu əlamətlərə DİQQƏT edin

“Sidik yolu infeksiyası uşaqlarda, xüsusilə də yeni doğulmuş körpələrdə və 1-6 yaş arası qız uşaqlarında çox sıx rast gəlinən xəstəlikdir”.

Bunu uşaq cərrahı, uzman həkim Aqil Abilov bildirib. Həkim deyib ki, bu xəstəliyə proteus, psevdomonas və s. kimi zərərli bakteriyalar səbəb olur. Sidik yolu infeksiyası çox zaman bağırsaqda olan bakteriyaların sidik yoluna keçməsi nəticəsində yaranır.

Yeni doğulmuş körpədə öncə genital bölgədə qızartı, səpkilər olur, sidiyin qoxusu dəyişir, daha sonra uşaqda halsızlıq, narahatlıq yaranır, əmmə zəifləyir. Bundan başqa, çəki artımı zəif olur və ya çəki artmır, gün ərzində səbəbsiz ağlamalar, sidiyə gedərkən yanma, ağrı hissiyyatı, sidikdə qan görülür, temperaturun tez-tez qalxıb-enməsi, qusma, ishal, qarında ağrı kimi hallar baş verir.

İnfeksiya dərhal müalicə olunmazsa, proses böyrəklərə qədər gedib çıxar və daha ciddi xəstəliyə gətirib çıxara bilər.

Yeni doğulmuş körpələrdə hətta temperatur yüksək olduğu zaman xəstəxana şəraitində yatırılıb, müalicə olunması vacibdir.

 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR