XƏBƏR

İmmunlaşdırmadan kənarda qalan uşaqlar peyvəndlərə cəlb olunacaq

date 12 Aprel 2019

İmmunlaşdırmadan kənarda qalan uşaqlar peyvəndlərə cəlb olunacaq

Səhiyyə naziri Oqtay Şirəliyev 24-30 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” nin təşkili ilə bağlı əmr imzalayıb.

E-tibb.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatında bildirilir ki, əmrdə nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə bununla bağlı tapşırıq verilib.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, ÜST dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda aprel ayında “İmmunlaşdırma həftəsi” keçirilir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2007-ci ildən bu tədbirə qoşulur.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR