XƏBƏR

Şərab ürəyə necə təsir edir?

date 15 Sentyabr 2020

Şərab ürəyə necə təsir edir?

Şərabın orqanizm üçün faydaları barədə son illərdə bir çox tədqiqatlar aparılıb. Normal miqdarda qəbul olunduğu halda şərabın orqanizmə, eləcə də ürək-damar sisteminə müsbət təsirlərinin olması haqda bir çox mülahizələr var. Kardioloq, tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmovanın sözlərinə görə, qırmızı şərab ürəyi müalicə edə bilir.

e-tibb.az mütəxəssisin “Şərab ürəyə necə təsir edir?” adlı məqaləsini təqdim edir:

Şam yeməyində bir qədəh qırmızı şərab təkcə ruhu deyil, ürəyi də müalicə edir. Yox, bu lirika deyil, elmi faktdır.

Spirtli içkilər əsrlər boyu insanlar tərəfindən istifadə edilərək, onlarda böyük maraq və sosial, şəxsi, dini mövzularda ünsiyyətə səbəb olmuşdur. Bundan başqa, onların kardioprotektiv xüsusiyyətləri uzun müddətdir ki, müzakirə olunur. Məsələn, fransız paradoksu. Fransız mətbəxi heyvani yağlarla zəngindir (kərə yağı, fenç-frayz və s.), amma buna baxmayaraq, Fransada damar tutulması səbəbindən yaranan ürəyin işemik xəstəliyinin rast gəlmə tezliyi aşağıdır. Araşdırmalar təsdiqləyib ki, qırmızı şərabdan istifadə ürəyin işemik xəstəliyi riskini azaldır.
Başqa araşdırmalar bunu pivənin və ya spirtli içkilərin hesabına yazır və əksəriyyəti hesab edir ki, içki növünün fərqi yoxdur.

Spirtli içkilərin həddindən artıq istifadəsinin ürək-damar xəstəliyi üçün ziyanlı olması faktdır. Yüngüldən ortaya qədər istifadənin ürək üçün faydalı olması haqda müzakirələr gedir. Danışıqlar hələ bir nəticə verməyib.
Lakin mən sizi bu sualla təkbətək qoymayacağam. Dərc olunmuş elmi işlər əsasında şərabın tərkibini və onun daxilindəki maddələrin xroniki ürək-damar xəstəliklərinə təsirini təsvir etməyə çalışacağam. Şərabın tərkibində orqanizmə təsir edən maddələr – resveratrol və kversitin var. Onlar güclü antioksidantdır.
Bunun sayəsində qırmızı şərab (orta miqdarda) x
olesterinin miqdarını tənzim edir və arteriyaları zədələnmədən qoruyur, bunun sayəsində də ürək xəstəliklərinin riskini azaldır. Qocalmanın qarşısını alır. Qocalma – damarlarının tonusunun azalmasıdır. Sağlam olmayan damarlarda sonradan tutulmaya səbəb olan piy asanlıqla toplanır.

Konsensus yoxdur, amma nəticələr çıxarmaq olar: Az-orta miqdarda istifadə edirik - gündə 1 qədəh (qırmızı daha arzuolunandır).

Bəs heç içməyənlər nə etsin? Resveratolu həmçinin qırmızı üzüm, üzüm şirəsi, kakao, qırmızı giləmeyvələrdən almaq olar. Yeri gəlmişkən, onun miqdarı üzüm şirəsində şəraba nisbətən daha çoxdur...

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR