XƏBƏR

Şəkər xəstəliyinin daha bir təbii dərmanı tapılıb

date 23 Oktyabr 2019

Şəkər xəstəliyinin daha bir təbii dərmanı tapılıb

Şəkər xəstəliyinə qarşı daha bir təbii vasitənin olduğu açıqlanıb.

İsveç Krallığının Lund Universitetində aparılan araşdırmaya görə, mərcangilə (Vaccinium vitis-idaea) meyvəsi qanda şəkər səviyyəsini aşağı salır, “gizli şəkər” adlandırılan insulin rezistentliyinin qarşısını alır. Bundan başqa, mərcangilə qaraciyərdə yağlanmanı azaldır, qan dövranını normallaşdırır, hüceyrələrə daha çox oksigen getməsinə, daha çox yağ toxumasının yox edilməsinə səbəb olur.

Mərcangilənin tərkibində böyük vitamin qaynağının olduğu vurğulanır.

Qeyd edək ki, mərcangiləyə Azərbaycanın dağ-meşə rayonlarında da rast gəlinir. Azərbaycanda dərman bitkisi kimi onun yarpaqlarından daha çox istifadə olunur.

Mərcangilə yarpaqlarından hazırlanan dəmləmə böyrəkdaşı, revmatizm, podaqra, qastritdə, tonzilit, stomatitlərdə, parodontoz və s. xəstəliklərin müalicəsində istifadə edilir.

 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR