XƏBƏR

Səhiyyə Nazirliyinin nümayəndələri 4 tibb müəssisəsində vətəndaşları qəbul edəcək

date 29 Aprel 2019

Səhiyyə Nazirliyinin nümayəndələri 4 tibb müəssisəsində vətəndaşları qəbul edəcək

Bu gündən Azərbaycan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbuluna başlayır.

E-tibb.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidməti məlumat yayıb.

Qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR