XƏBƏR

Mütəxəssis: “Təngnəfəslik, ürək döyüntüsü varsa, infarktla yanaşı emboliyanı da nəzərə almaq lazımdır”

date 26 Aprel 2019

Mütəxəssis: “Təngnəfəslik, ürək döyüntüsü varsa, infarktla yanaşı emboliyanı da nəzərə almaq lazımdır”

"Vena xəstəlikləri ürək və beyin arteriyaları kimi əhəmiyyətli venaların olduğu bütün orqanlardan, beyindən qanın ürəyə qayıtmasına səbəb olan böyük venalarda yaranan problemlərdir. Bu, dərin vena trombları və ağciyər emboliyası kimi ölümcül hadisələr yaradır".

ONA-nın xəbərinə görə, bunu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) intervensional radiologiya və şüa diaqnostikası şöbəsinin müdiri, professor Ahmet Memiş “Vena xəstəlikləri: yeni üfüqlər” mövzusunda konfransında deyib.

O bildirib ki, günümüzdə bu xəstəliklərdən "xəstə ölər" deyilsə və “təbii ölüm” adlansa da, texnologiyanın inkişafı ilə onların qarşısını almaq mümkündür: “Bu, hamiləlik zamanı ana ölümlərinin səbəblərindən biridir. Hazırda uşaqlığın qanaxması, ağciyər emboliyasının qarşısını almaq üçün çoxlu operativ metodlar var. Bu xəstəliklər diaqnozun qoyulmasında çətinliklər yaradan hadisələrdir. Xəstə təngnəfəslik, ürək döyüntüsünün artması, ürək çatışmazlığı kimi şikayətlərlə gəldikdə, infarktla birlikdə mütləq ağciyər emboliyasını da nəzərə almaq lazımdır. İlkin addımda bu problem düşünülmədiyi üçün diaqnozu qoymaq çox çətindir. Amma düşünülən zaman kompüter tomoqrafiyası ilə rahat diaqnoz qoymaq olur”.

Həkim deyib ki, trombu müxtəlif metodlarla müalicə etmək mümkündür. Azərbaycanda bütün operativ metodlar həyata keçirilir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR