XƏBƏR

Səhiyyə Nazirliyinin böyrək transplantasiyası üzrə baş mütəxəssisi təyin olunub

date 4 Noyabr 2019

Səhiyyə Nazirliyinin böyrək transplantasiyası üzrə baş mütəxəssisi təyin olunub

Səhiyyə Nazirliyinin böyrək transplantasiyası üzrə baş mütəxəssisi təyin olunub.

e-tibb.az-ın xəbərinə görə, Səhiyyə naziri Oqtay Şirəliyev Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi təyin olunması haqqında əmr imzlayıb.

Bu barədə RMDM-ın yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, cərrah-uroloq olaraq, uroloji cərrahiyyənin bütün sahələri, eləcə də böyrək transplantasiyası üzrə çalışan Rəşad Şolan peşəkar aləmdə icra etdiyi mürəkkəb cərrahi əməliyyatlarla tanınıb.

Xatırladaq ki, indiyə kimi SN-in böyrək transplantasiyası üzrə baş mütəxəssisi olmayıb.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR