XƏBƏR

Bu qidalarla qəbizliyin qarşısını almaq olur

date 5 Noyabr 2019

Bu qidalarla qəbizliyin qarşısını almaq olur

Qəbizlik hər bir yaşda ortaya çıxan və çox ciddi narahatlıq yaradan bir vəziyyətdir. Qəbizliyin bir çox səbəbi ola bilər. Ən adi haldan tutmuş, ciddi xəstəliklərə qədər qəbizlik problemi yaradır. Ona görə də daimi olaraq qəbizlikdən əziyyət çəkənlərin həkimə müraciət etməsi məqsədəuyğundur.

Amma bununla yanaşı qəbizliyin qarşısını almaq üçün hər kəsin edə biləcəyi tədbirlər də var. Bir çox hallarda təbii vasitələr qəbizliyi aradan qaldıra və qarşısını ala bilir.

Bəs onlar hansılardır?

Quru ərik qəbizliyin əsas təbii dərmanlarından biri sayılır. Quru əriyi xoşlamayanlar onu bir stəkan suda dəmləyib suyunu içə bilərlər.

Ballı, limonlu su da qəbizliyi aradan qaldıra bilər. İlıq suya bal və limon qatıb, çay hazırlanır. Bu çay həzm sistemi üçün təbii xəbərdaredici funksiya yerinə yetirir və toksinlərin bədəndən xaric olunmasına kömək edir.

Qəbizliyi olanlar gündəlik çoxlu maye qəbul etməlidir. Kişilər gündə 3,7 litr, qadınlar isə 2,7 litr su içməlidir. Çox su bağırsaqların fəaliyyətini asanlaşdırır. Bu problemi olanlar kofeinli, sodalı içkilərdən uzaq olmalıdırlar.

Qəbizliyə qarşı daimi olaraq lifli qidalara üstünlük verilməlidir. Gündəlik qidalanmada ən azı 20-35 qram lifli qida olmalıdır. Liflə zəngin qidalardan kələm, alma, əncir, kəpəkli undan hazırlanan məmulatlar, qara lobya, boranı, eləcə də küncüt, günəbaxan, kətan toxumu, quru meyvələr tövsiyə olunur.

Qəbizliyi olanlara süd məhsulları tövsiyə olunmasa da, burada yalnız bir istisna var. Bu problemi olanlar yeməklərin yanında qatıq qəbul etsələr, faydalı olar.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR