XƏBƏR

Saqqal, bığ tibbi maskaları... Koronavirusa görə bu şəxslərə XƏBƏRDARLIQ olunub - FOTO

date 28 Fevral 2020

Saqqal, bığ tibbi maskaları... Koronavirusa görə bu şəxslərə XƏBƏRDARLIQ olunub - FOTO

Saqqal, tüklü üz virusların, koronavirusun yayılmasına imkan yaradır.

e-tibb.az xəbər verir ki, Böyük Britaniyanın Mlli Səhiyyə Xidməti (National Health Service) tibb müəssisələrində çalışan personala saqqal saxlamamaq barədə xəbərdarlıq edib. Bu haqda Britaniyada nəşr olunan “Mirror” qəzeti məlumat yayıb. Tibb personalına bununla bağlı xəbərdarlıq emaili göndərib. Xəbərdarlıqda bilidirlib ki, saaqqalı olan kişilər üzlərini təraş etməlidlrlər, çünki saqqal varsa, taxılan maskaların hər hansı faydası olmur.

Tibb personalına göndrilən emaildə 36 fərqli saqqal forması təsvir edilib və koronavirusdan qorunmaq üçün istifadə oluna bilən və olunması qadağan edilən formalar göstərilib. Xəbərdarlıqda vurğulanıb ki, saqqal koronavirusla bağlı taxılan tibbi maskaları lazımsız hala gətirir. Saqqal, üzdə olan tük masakanın üzü yaxşı qapatmasına mane olur. Çirkli hava maskanın kənarlarında olan boşluqlardan  daxil oraraq ağciyərə çata bilir.

Bununla yanaşı sırf dini inancla bağlı saqqal saxlayanlar bu qadağa ilə bağlı istisna olunurlar.

ABŞ-dakı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi də oxşar məzmunlu açıqlama ilə çıxış edib. Bığ və saqqalın koronavirus yayılması baxımından riskli olduğu bildirilən açıqlamada məsləhət görülən və görülməyən bığ, saqqal formaları göstərilib.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR