XƏBƏR

Sabaha meteohəssas insanlara XƏBƏRDARLIQ

date 3 İyul 2019

Sabaha meteohəssas insanlara XƏBƏRDARLIQ

 

Sabaha gözlənilən hava meteohəssas insanlar üçün əlverişsiz olacaq.

e-tibb.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin açıqladığı proqnoza əsasən, iyulun 4-də Abşeron yarımadasında zəif gilavar küləyi üstünlüyü, günorta saatlarında isti temperatur diskomfortu gözlənilir. Bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Sabah havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR