MÜSAHIBƏ

Yerimənin qəflətən pozulması: Səbəblər, risklər - VİDEO

date 3 İyul 2019

Yerimənin qəflətən pozulması: Səbəblər, risklər - VİDEO

“Son zamanlarda nevrologiyanın ən aktual problemlərindən biri yerimə pozğunluğudur”.

Bunu e-tibb.az-a video açıqlamasında nevroloq, uzman həkim  Kənan Cəfərov deyib. Onun sözlərinə görə, bu problemlə bağlı nevroloqlara xeyli sayda müraciətlər edilir. Yerimə pozğunluğu baş beyin və onurğa beynində, mərkəzi və periferik sinir sistemində yaranan problemlərlə bağlı ortaya çıxır: “Yerimənin anidən pozulması çox ciddi problemdir. Bu, insultla da bağlı ola bilər, iltihabla da, travma ilə də. Bütün yaşlarda, gənclərdə, uşaqlarda, yaşlı şəxslərdə belə hallar yaranır. Yəni yerimənin pozulmasında yaş sərhədi yoxdur.”.

K. Cəfərov bildirib ki, anadangəlmə olan problemin sonradan inkişafı da anidən belə bir problemin ortaya çıxmasına səbəb ola bilər.

Nevroloq yerimə pozğunluqlarının fəsadları, bununla bağlı aparılan yanlış müalicələr və s. məqamlara da toxunub. Onun fikirləri ilə tam şəkildə videoda tanış ola bilərsiniz.

 

 

 

  

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR