XƏBƏR

Qurd dərmanlarından gələn təhlükələr - Həkimdən ÇAĞIRIŞ  

date 20 İyun 2019

Qurd dərmanlarından gələn təhlükələr - Həkimdən ÇAĞIRIŞ  

"Həkim məsləhəti olmadan istifadə olunan istər kimyəvi, istərsə də bitki tərkibli qurd əleyhinə preparatlar bəzən həyatınız üçün təhlükəli ola bilər.

Bunu terapevt-qastroenteroloq Mətanət Cəfərova bildirib

Həkim qeyd edib ki, qaraciyər dərman metabolizmində önəmli rol oynadığı üçün, bəzi dərman preparatları, qaraciyərdə toksik zədə yarada bilir: “Çox təəssüf ki, günümüzdə xüsusilə bitki tərkibli antihelmint preparatlar apteklərdə əsassız formada pasientlərə təklif olunur, hansısa qohum, qonşu tərəfindən məsləhət görülür və ya televiziya kanallarında gedən reklamlar nəticəsində pasientlər özləri əldə edərək nəzarətsiz qəbul edirlər. Nəticədə qarşımıza kəskin toksik hepatit, sirroz, kəskin qaraciyər çatışmazlığı kimi ağırlaşmış hallarla gəlib çıxırlar.

Pasinetlərin bir qismi bu bitki tərkibli sirop və tabletlərin tamamilə etibarlı olduğunu fikirləşərək onların adlarını həkimə belə, söyləməyə ehtiyac duymurlar. Bu səbəbdən həkim tərəfindən yalnız çox israrlı sorğu-sualdan sonra xəstəliyin “ziyansız“ bilinən səbəbkarları üzə çıxır.

Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq kəskin ümumi zəiflik, halsızlıq, ürəkbulanma, qusma, iştahasızlıq, sağ qabırğaaltında narahatlıq, sarılıq, bədəndə qaşıntı, sidiyin rənginin tündləşməsi, bədəndə göyərmələr, qıcolmalar, tez yorulma, əzələ gücsüzlüyü, yuxululuq kimi əlamətlər ola bilər".

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR