XƏBƏR

Ən çox erkən uşaqlıq dövründə aşkarlanan qan xəstəliyi...

date 19 İyun 2019

Ən çox erkən uşaqlıq dövründə aşkarlanan qan xəstəliyi...

19 iyun ümumdünya oraq hüceyrəli anemiya günü kimi qeyd olunur.

Bu günün qeyd olunması oraq hüceyrəli anemiya xəstəliyi və onun müalicəsi haqqında cəmiyyəti məlumatlandırmaq məqsədi  daşıyır.

Respublika Talassemiya Mərkəzinin açıqladığı məlumatda bildirilir ki,

Oraq hüceyrəli anemiya - qırmızı qan hüceyrələrinin (eritrositlərin) irsi xəstəliyidir. Hemoqlobinopatiyalar (hemoqlobin pozuntuları) qrupuna aiddir, çünki hemoqlobinin beta zəncirində baş verən mutasiya nəticəsində yaranır.

Xəstəliyin ən sıx rast gəlinən halı damar tıxanma tutmalarıdır (vazo-okklyuziv krizlər). Bu zaman kiçik qan damarları oraqvarı eritrositlərlə tıxanır və qan təchizatının pozulması işemik zədələnməyə və ağrılara gətirib çıxarır. Homoziqot Hb S daşıyıcılarının təqribən 50%-i bu cür ağrı tutmaları keçirir. Ağrıların təkrarlanma tezliyi xəstədən-xəstəyə çox fərqlidir. Bəzilərində ildə 6 və ya çox tutma olur, bəzilərində isə böyük fasilələrlə olur ya da heç olmur.

Oraq hüceyrəli anemiya erkən uşaqlıq dövründə özünü büruzə verir. İlk 6 ayda südəmər körpələr hemoqlobin F ilə qorunur, bundan sonra xəstəlik özünü aşkar göstərir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR