XƏBƏR

Quduzluqdan ölməyəcəyik...

date 21 Avqust 2019

Quduzluqdan ölməyəcəyik...

Heyvan dişləməsindən sonra insanlara yoluxan quduzluq xəstəliyindən ölüm hallarının azaldılması planlaşdırılır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı xəstəlikdən ölüm hallarının azaldılması istiqamətində birgə təşəbbüslə çıxış edib.

Əsas məqsəd 2030-cu ilə kimi quduzluqdan ölüm halını sıfra endirməkdir.

ÜST-ün məlumatına görə, dünyada hər il 59 mindən çox insan quduzluq xəstəliyindən ölür.

Azərbaycanda da hər il bir neçə nəfər quduzluqdan dünyasını dəyişir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR