XƏBƏR

Qripə qarşı peyvəndləmə olacaq: Yaşlı, risk qrupuna daxil şəxslər ilk növbədə nəzərə alınacaq

date 29 Avqust 2020

Qripə qarşı peyvəndləmə olacaq: Yaşlı, risk qrupuna daxil şəxslər ilk növbədə nəzərə alınacaq

Azərbaycanda dövlət səviyyəsində mövsümi qrip vaksinlərinin alınması ilə bağlı iş gedir. Yaxın 1-2 ay ərzində ölkəyə mövsümi qriplərlə bağlı vaksinlər gətiriləcək.

e-tibb.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Onun sözlərinə görə, qriplə bərabər koronavirusa yoluxma daha çox ağırlaşmalara gətirib çıxara bilər. Ona görə də Azərbaycanda payızda qrip əleyhinə dördvalentli vaksindən istifadə ediləcək.

A. Qurbanov deyib ki, bu vaksin kifayət qədər sınaqdan keçib: “Bu vaksinin Azərbaycanda kimlərə tətbiq olunacağına gəlincə, yaşlı, yanaşı xəstəliyi olan, risk qrupuna daxil şəxslər ilk növbədə nəzərə alınacaq. Azərbaycana vaksin gətiriləndən sonra ilk növbədə risk qrupuna daxil olan şəxslərə vurulacaq”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR