XƏBƏR

Arı zəhəri hansı xəstəliyi müalicə edir?

date 29 Avqust 2020

Arı zəhəri hansı xəstəliyi müalicə edir?

Arı zəhərinin bir çox faydalarının olduğu məlumdur. Uzun illərdir ki, təbabətdə bir qisim xəstəliklərin müalicəsində arı zəhərindən də istifadə olunur.

e-tibb.az xəbər verir ki, bir qrup Avropa aliminin apardığı tədqiqata görə, arı zəhəri damar xəstəliklərinin müalicəsində daha təsirli nəticə göstərir. Arı zəhəri eyni zamanda ürəyin, sinir sisteminin fəaliyyətinə də müsbət təsir edir.

Arı zəhərinin əsas müalicəvi xüsusiyyəti qanın laxtalanmasının, tromb yaranmasının qarşısını almaq hesab olunur. Arı zəhəri laxtanın yaranmasına mane olur. Zəhərdın hazırlanan dərmanlar da olduqca təsirli sayılır. Alimlərə görə, arı zəhəri varikoz xəstəliyinin sağalmasına kömək edir. Arı zəhəri qanın damarlar vasitəsilə aktiv şəkildə hərəkət etməsini təmin edir, bununla yanaşı damarların elastikliyini artırır. Kapilyarlar genişlənir, neyronların reseptor aparatlarının stimullaşdırılması baş verir, maddələr mübadiləsi yaxşılaşır. Eyni zamanda, limfositlərin işi aktivləşir. Bir sözlə, arı zəhəri damar patologiyalarının inkişafından qoruyur.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR