XƏBƏR

Qocalıqda beyinə müsbət təsir edən qidalar-Alimlər AÇIQLAYIB

date 25 Dekabr 2020

Qocalıqda beyinə müsbət təsir edən qidalar-Alimlər AÇIQLAYIB

Alimlər yaşlı insanların beyninə yaxşı təsir edən qidaları açıqlayıblar. Onlar hesab edir ki, insanın qidalanması qocalıqda zehni qabiliyyətə birbaşa təsir edir.

e-tibb.az xəbər verir ki, bunu ABŞ-ın Ayova Universitetindən olan mütəxəssislər araşdırmaları ilə sübut ediblər.

Araşdırmada 46-77 yaş arası 1787 nəfər iştirak edib. Nəticələr quzu əti, qırmızı şərab və pendir kimi qidaların zehni fəaliyyətə faydalı təsir etdiyini göstərib. Amma onların az miqdarda istifadə edilməsi qeyd olunur.

Alimlərə görə, soya qocalıqda beynin işinə mənfi təsir göstərir. Onun istifadəsi hətta Alzheimer xəstəliyinə səbəb ola bilər, lakin daha ətraflı və dəqiq nəticələr əldə etmək üçün daha çox araşdırmaya ehtiyac var.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR