XƏBƏR

Koronavirusu bu formalarda keçirənlərdə uzunmüddətli toxunulmazlıq olur

date 25 Dekabr 2020

Koronavirusu bu formalarda keçirənlərdə uzunmüddətli toxunulmazlıq olur

Yüngül və ya gizli halda (asimptomatik) koronavirus infeksiyası keçirənlərdə uzunmüddətli toxunulmazlıq yarandığı aşkarlanıb. 

e-tibb.az xəbər verir ki, bu, İngiltərə alimlərinin (London Kraliça Mariya Universiteti) apardığı tədqiqat zamanı ortaya çıxıb.

Bu barədə “Science Immunology” jurnalında bildirilib. Tədqiqatçılar 2020-ci ilin martından bəri yüngül və ya asimptomatik COVID-19 infeksiyası keçirən 136 səhiyyə işçisindən alınan qan nümunələrində antitel və T- linfositlərinin mövcudluğunu analiz ediblər. Səhiyyə işçilərinin 89 faizinin infeksiyadan 16-18 həftə sonra virusu zərərsizləşdirən antikorlara sahib olduğu ortaya çıxıb. Onların əksəriyyətində virusun fərqli hissələrini hədəf alan T- hüceyrələrinin müşahidə olunduğu  göstərilir.

Bəzi insanlarda T- linfositləri olub, lakin antikorları olmayıb, bəzilərində isə əksi aşkarlanıb. Bununla yanaşı, səhiyyə işçilərinin 66 faizi yüksək səviyyədə qoruyucu antikorlara sahib olub.

Qeyd olunub ki, T-hüceyrə reaksiyaları COVID-19-un klassik simptomları olan insanlarda daha çox özünü göstərməyə meyllidir. Asimptomatik infeksiya isə T-hüceyrə toxunulmazlığının zəifləməsi ilə nəticələnir.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR