XƏBƏR

Qışda bunları yeməyin! - Məşhur dietoloqdan TÖVSİYƏLƏR

date 22 Oktyabr 2019

Qışda bunları yeməyin! - Məşhur dietoloqdan TÖVSİYƏLƏR

Havaların soyuması ilə qrip və zökəm kimi xəstəliklər geniş yayılır. Bunun qarşısını almaq üçün dərmanlardan daha çox təbii vasitələrin, düzgün qidalanmanın faydalı olduğu zaman-zaman vurğulanır.

e-tibb.az-ın xəbərinə görə, Türkiyənin məşhur dietoloqu, daxili xəstəliklər və kardiologiya uzmanı, professor Canan Karatay qripdən, viruslardan qorunmaq üçün bir sıra maraqlı tövsiyələr verib.

Mütəxəssis deyib ki, payızda, qışda fəslin özünə uyğun tərəvəzlər, göyərtilər, meyvələr  istifadə olunmalıdır, yay tərəvəzlərini, meyvələrini qışda istifadə etmək olmaz.

Onun sözlərinə görə, soyuq aylarda ən çox kələm, brokoli, gül kələm, turp yemək lazımdır.

Meyvələrdən isə bananı xüsusi vurğulayan C. Karatay həmçinin “Ən faydalı meyvə zeytundur”, deyə bildirib.

Professor deyib ki, qrip olmaq immun sisteminin çökməsi, zəifləməsi deməkdir, ona görə də immuniteti gücləndirmək üçün ən çox turp yemək lazımdır: “Turp yesəniz turp kimi olacaqsınız”.

O, həmçinin kəllə-paça, kənd kərəyağı, təbii zeytun yağının viruslardan qoruduğunu deyib. Onun sözlərinə görə, evdə hazırlanan sirkə, şorabalar da immuniteti gücləndirir. Bundan başqa, kristal halda olan xörək duzu istifadə etməyi tövsiyə edib: “Qışda pomidorun, badımcanın, yaşıl bibərin süfrə yeri yoxdur” .

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR