XƏBƏR

Qəlyan çəkmək qadağan edilib- Koronavirusa görə...

date 12 Mart 2020

Qəlyan çəkmək qadağan edilib- Koronavirusa görə...

Mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara  müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilir.

e-tibb.az xəbər verir ki, koronavirusun yayılması təhlükəsinə qarşı Azərbaycan Nazirlər Kabineti yanında yaradılan Operativ qərargahın yaydığı məlumatda bildirilir ki, koronavirus (COVİD - 19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir. 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR