XƏBƏR

Qəhvəni belə içəndə diabet riski 60 faiz azalır

date 25 Dekabr 2019

Qəhvəni belə içəndə diabet riski 60 faiz azalır

Qəhvə ilə bağlı daha bir araşdırma aparılıb.

e-tibb.az xəbər verir ki, filtrdən keçirilərək içilən qəhvənin şəkərli diabet riskini azaltdığı açıqlanıb. Filtrdən keçirilən qəhvə ikinci tip şəkərli diabetin yaranma riskini 60 faiz azldır.

Məlumata görə, filtr qəhvədə olan qan şəkəri səviyyəsinə təsir edə bilən molekkulları tutub saxlayır.

İsveçdə bununla bağlı aparılan tədqiqat zamanı yarısı diabetdən əziyyət çəkən 800-dən çox insanın qidalanma tərzi müqayisə olunub.

Məlum olub ki, filtrdən keçirilən qəhvə istifadə edənlərdə şəkərli diabetə daha az rast gəlinir.

Amma qəhvəni başqa cür istifadə edənlərdə eyni təsir nəzərə çarpmayıb. Hazır satılan qəhvələrin belə bir təsirinin olmadığını bildirilib.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR