XƏBƏR

Qəbizliyin qarşısını alan və arıqladan faydalı MEYVƏ

date 27 Mart 2019

Qəbizliyin qarşısını alan və arıqladan faydalı MEYVƏ

Ananas çox zəngin kimyəvi tərkibə malik meyvələrdən biridir. A, PP, C, B qrupu vitaminlər, bir çox vacib minerallar (kalium, maqnezium, fosfor, yod, sink, mis, dəmir və s.), orqanik turşular, fermentlər, liflərlə zəngindir. Belə zəngin tərkibi ananası insan orqanizmi üçün olduqca faydalı edir. E-tibb.az ananasın faydalarını sadalayır.

İnfeksiyadan qoruyur
 
C vitamin ilə zəngin olan ananas immun sisteminə çox müsbət təsir edir, bədənin müqavimətini artırır. Soyuq fəsillərdə orqanizmin infeksiyalara və viruslara olan davamlılığını artırmaq üçün tez-tez ananas yeyin.

Həzmi qaydaya salır
 
Ananasın tərkibindəki bromelain fermenti mədə turşusunun nizamlı şəkildə ifraz olunmasına kömək edir. Bol lifli olması həzm sisteminin funksiyalarını sağlam şəkildə yerinə yetirməsinə kömək edir və labüd xəstəliklərdən qoruyur.

Qəbizliyin qarşısını alır
 
Qəbizlik hallarında həkimlər hər zaman lifli qidalar yeməyi məsləhət görür. Bağırsaq sisteminə faydası olan lif ananasda bol miqdarda var. Bu da bağırsaq florasının düzgün çalışmasına və qəbizliyin qarşısını almağa müsbət təsir edir.

Arıqlamağa kömək edir
 
Arıqlamağa kömək edən ananas daha sürətli kalori yandırmağınızı asanlaşdırır. Tərkibindəki lif, minerallar isə toksinlərin bədəndən atılmasını təmin edir.

Podaqranın müalicəsində istifadə olunur
 
Tərkibində bol olan C vitamini sayəsində podaqranı (Gut xəstəliyi) yaradan urik turşusunu tarazlaşdırmağa yardımçı olur.
  
Sümük və diş sağlamlığını qoruyur
 
Diş minalarını gücləndirərək, dişlərin çürüməsinin və diş ətinin geri çəkilməsinin qarşısını alır. Eyni şəkildə sümük sağlamlığı üçün də çox faydalı olan ananas güclü bir kalsium tərkibinə malikdir. Tərkibindəki beta karoten göz sağlamlığını qorumağa kömək edir. Bu meyvə, həmçinin, dəri, saç və dırnaqların sağlamlığı baxımından da gücləndirici təsirə malikdir.
   
Potensiyanı yaxşılaşdırır
 
Ananas kişi və qadın cinsiyyət sistemlərinə müsbət təsir edir. Belə hesab olunur ki, ananas qadınlarda menstruasiya zamanı ağrıları azaldır, kişilərdə potensiyanı yaxşılaşdırır. 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR