XƏBƏR

Qalxanvari vəzin xəstəlikləri: Zob tam müalicə olunurmu? - VİDEO

date 23 Dekabr 2019

Qalxanvari vəzin xəstəlikləri: Zob tam müalicə olunurmu? - VİDEO

Qalxanvari vəzinin xəstəliklərindən əziyyət çəkən insanlar bəzən ilkin olaraq kardioloqlara, nevroloqlara, psixiatrlara müraciət edir, illərlə başqa problemlərə görə müalicə olunurlar. Onlara depressiya, halsızlıq, yorğunluq, qidalanma pozğunluğu, qəbizlik və s. kimi problemlərlə bağlı diaqnozlar qoyulur. Bu problemlərin çoxunun əsasında qalxanvari vəzin xəstəlikləri dayanır.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-endokrinoloq Fərhad Burzu deyib.

Mütəxəssis, qalxanvari vəzi hormonlarının artıq və ya əskik olmasının orqanizmə təsiri barədə danışaraq vurğulayıb ki, həm əskik, həm də artıq durumlar metoboik prosesə ciddi təsir edir.

Endokrinoloq qalxanvari vəzin xəstəlikləri, onların əlamətləri, müayinə, müalicə metodları barədə ətraflı məlumat verib. Onun fikirləri ilə videoda tanış ola bilərsiniz.

   

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR