XƏBƏR

Piylənməyə qarşı YENİ DƏRMAN

date 2 Fevral 2019

Piylənməyə qarşı YENİ DƏRMAN

İngilis alimləri piylənmə ilə bağlı yeni dərman kəşf ediblər. London Universitetinin elmi işçiləri elan ediblər ki, bu yeni işi insanlar üzərində test etməyə hazırdırlar. Dərmanlar isə beş il ərzində açıq satışa çıxarılacaq.

Belə məlum olur ki, kapsula formasında hazırlanan dərman yeməkdən əvvəl qəbul ediləcək. Bu zaman insan iştahası iki dəfə azalmalıdır. Yeni dərman artıq laboratoriya şəraitində siçanlar üzərində yoxlanılıb. İndi isə insanlarla bağlı testlər keçirilir. Alimlər deyir ki, əgər eksperimentlər uğurla keçsə, yeni kəşf bütün dünyada piylənmənin qarşısını əsaslı şəkildə alacaq.

Bu günlərdə 40 nəfər könüllü üzərində eksperimentlərə başlanır. Seçilən ilk 20 nəfər artıq çəkili deyil. Yoxlamalara əsasən müəyyən ediləcək ki, dərman onların iştahasını azaldırmı və hər hansı yan təsirləri olacaqmı?

İkinci mərhələ üçün nəzərdə tutulan 20 könüllü isə ağır çəkilidir. Bunlar üzərində aparılan yoxlamalara görə, müəyyən olunacaq ki, dərman nə qədər zamanda kilo verməyə kömək edir?

Tədqiqatçıların bəyanatına görə, yeni dərman kimyəvi tərkibli deyil, yalnız efir yağlarından ibarətdir. Həqiqi formula isə hələ ki, patent şərtlərinə görə açıqlanmır. Bildirilir ki, bu xüsusi hazırlanan qida əlavələri bağırsağın aşağı hissəsinə daxil olan zaman iştahanı azaldan hormonların istehsalına kömək edəcək.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR