XƏBƏR

Pandemiyanın ikinci dalğası başlayıb?

date 10 İyun 2020

Pandemiyanın ikinci dalğası başlayıb?

Hazırda Azərbaycanda koronavirus pandemiyasının birinci dalğası davam edir.

e-tibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev lent.az-a açıqlamasında belə deyib: “İkinci dalğa o zaman baş verir ki, pandemiya tamamilə sönmə səviyyəsinə çatır. Yoluxma sayı azalır, müəyyən dövr minimumda qalır və bundan sonra yenidən baş qaldırır. Bu, ikinci dalğa olur. Hazırda dünyada olduğu kimi, ölkəmizdə də pandemiyanın birinci dalğası davam edir. Uyğun tədbirlər həyata keçirilir. Sadəcə olaraq, yoluxma halları artır”.

C.İsayev onu da bildirib ki, yoluxma hallarının mart-aprel ayları ilə müqayisədə artması əsasən insanların sosial təcrid qaydalarına istənilən şəkildə əməl etməməsi ilə bağlıdır: “Testlərin də sayı artır. Xaricdən gətirilən insanlarda da yoluxma halları olur. Amma əsas yoluxma halları ölkə daxilində baş verir”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR